Xəbərlər
Göygöldə “DƏYƏR-65” layihəsi çərçivəsində növbəti yubiley təbriki keçirilib
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Göygöl Rayon Komitəsi tərəfindən həyata keçirilən “DƏYƏR-65” layihəsi çərçivəsində təhsil işçilərinin 65 illik yubileylərinin qeyd olunması ənənəsi davam etdirilir.
Layihə çərçivəsində növbəti yubiley təbriki Göygöl şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib. Məktəbin ilk həmkarlar ittifaqı təşkilatının sədri Əliyev Qoşqar müəllim 65 illik yubileyi münasibətilə təbrik olunub.
Görüş zamanı Qoşqar müəllimin uzun illər təhsil sahəsindəki fəaliyyəti, kollektivdə qazandığı hörmət və ilk həmkarlar ittifaqı təşkilatının sədri kimi həmkarlarının hüquq və mənafelərinin qorunmasına göstərdiyi diqqət xüsusi qeyd olunub.
Bildirilib ki, həmkarlar ittifaqı təşkilatlarında fəaliyyət göstərən şəxslər əməkdaşlar arasında həmrəyliyin möhkəmləndirilməsində, onların sosial və əmək hüquqlarının müdafiəsində mühüm rol oynayırlar. Bu baxımdan Qoşqar müəllimin uzunillik fəaliyyəti və həmkarlarına göstərdiyi münasibət yüksək dəyərləndirilib.
Yubiley münasibətilə Qoşqar müəllimə xoş arzular çatdırılıb, onun təhsil və həmkarlar ittifaqı fəaliyyətində göstərdiyi səmərəli əməyə görə təşəkkür ifadə olunub.
Həmkar ailəsi olaraq Əliyev Qoşqar müəllimi 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, yeni uğurlar və xoş günlər arzulayırıq!
65 il – həyat yolu, zəhmət, təcrübə və insanlara göstərilən dəyərin təcəssümüdür.



