Xəbərlər
Göygöldə “DƏYƏR-65” layihəsi çərçivəsində növbəti yubiley təbrikləri keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən həyata keçirilən “DƏYƏR-65” layihəsi çərçivəsində təhsil işçilərinin 65 illik yubileylərinin qeyd olunması ənənəsi davam edir.
Layihə çərçivəsində bu dəfə Göygöl şəhəri 3 nömrəli tam orta ümumtəhsil məktəbinin kitabxanaçısı Əliyeva Südabə xanımın və məktəbin müəllimi Mustafayeva Gülnarə xanımın 65 illik yubileyləri münasibətilə təbrik tədbiri keçirilib.
Tədbirdə çıxış edənlər yubilyar həmkarlarımızın uzun illər ərzində təhsil müəssisəsində göstərdikləri səmərəli, məsuliyyətli və fədakar fəaliyyətin xüsusi dəyər daşıdığını vurğulayıblar. Bildirilib ki, onların peşələrinə bağlılığı, zəhmətsevərliyi, yüksək insani keyfiyyətləri və kollektivdə qazandıqları hörmət həmkarları üçün hər zaman nümunə olub.
Qeyd olunub ki, Südabə xanımın kitabxana sahəsində, Gülnarə xanımın isə pedaqoji fəaliyyətdə uzunillik əməyi məktəbin təhsil mühitinin formalaşmasına və inkişafına mühüm töhfə verib.
Yubiley münasibətilə hər iki həmkarımıza xoş arzular çatdırılıb, onların uzunillik və səmərəli fəaliyyətlərinə görə təşəkkür ifadə olunub.
Həmkar ailəsi olaraq Əliyeva Südabə xanımı və Mustafayeva Gülnarə xanımı 65 illik yubileyləri münasibətilə ürəkdən təbrik edir, hər birinə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, sevinc, xoş günlər və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
65 il ömürdür, zəhmətdir, təcrübədir, ən əsası isə təhsilə verilən dəyərdir.










