“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöldə “DƏYƏR-65” layihəsi çərçivəsində yubiley ənənəsi davam edir.

10/04/2026, 16:24
xeber1

Bu dəfə Göygöl şəhəri E.Vəliyev adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Pəri Ələkbərovanın 65 illik yubileyi münasibətilə təntənəli tədbir təşkil olunub. Tədbirdə çıxış edənlər Pəri müəllimin uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyətini və gənc nəslin yetişdirilməsindəki mühüm rolunu xüsusi vurğulayıblar.

Pəri müəllimə təhsilə verdiyi dəyərli töhfələrə görə dərin təşəkkürümüzü bildirir, ona möhkəm can sağlığı, ailə səadəti və gələcək həyatında uğurlar arzulayırıq.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi “DƏYƏR-65” layihəsi çərçivəsində yubileylərin qeyd olunması ənənəsini bundan sonra da davam etdirəcək, təhsil işçilərinin əməyinə verilən dəyəri daim diqqət mərkəzində saxlayacaq.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: