Xəbərlər
Göygöldə “Dəyər-65” layihəsi çərçivəsində yubiley təbrikləri davam edir
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən həyata keçirilən “Dəyər-65” layihəsi çərçivəsində növbəti yubiley təbrikimiz Göygöl rayon Hacıməlik qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Bəşir Allahyarova ünvanlanır.
Təhsil sahəsində uzun illər fəaliyyət göstərən müəllimlərin əməyinə verilən dəyər, onların peşəkarlığına və fədakarlığına göstərilən ehtiram həmkarlar ittifaqının əsas fəaliyyət istiqamətlərindəndir. “Dəyər-65” layihəsi də məhz uzun illər təhsil sahəsinə xidmət etmiş əməkdaşlara diqqət və qayğının ifadəsidir.
Hörmətli Bəşir müəllim!
Sizi yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, firavanlıq və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.
Əməyinizə, müəllimlik peşəsinə sədaqətinizə və təhsil sahəsinə verdiyiniz töhfələrə görə Sizə təşəkkür edirik!
ETİHİ Göygöl Rayon Komitəsi — əməyə dəyər, insana hörmət!







