“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöldə DƏYƏR-65 layihəsi davam edir.

27/01/2026, 13:58
xeber1

DƏYƏR-65 layihəsi çərçivəsində Göygöl rayon Texniki Təbiət Fənləri Təmayüllü Liseyin uzun illər texniki işçi kimi fəaliyyət göstərmiş Əsgərova Gülxar Əbdüləli qızını 65 illik yubileyi münasibətilə çalışdığı kollektiv qarşısında təbrik etdik.

Təhsil müəssisəsinin gündəlik fəaliyyətində səmərəli və məsuliyyətli əməyiniz, kollektivə verdiyiniz töhfələr hər zaman yüksək qiymətləndirilir. Uzun illər göstərdiyiniz zəhmət və sədaqətli xidmətə görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Sizə möhkəm can sağlığı, ailə səadəti, uzun ömür və firavan həyat arzulayırıq.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi DƏYƏR-65 layihəsi çərçivəsində təhsil sahəsində uzun illər çalışmış əməkdaşların yubileylərini bundan sonra da diqqət və ehtiramla qeyd etməyə davam edəcək.


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: