Xəbərlər
Göygöldə DƏYƏR-65 layihəsi davam edir.

DƏYƏR-65 layihəsi çərçivəsində növbəti yubiley tədbiri Göygöl rayon Qırıxlı kənd tam orta ümumtəhsil məktəbində keçirildi. Uzun illər pedaqoji fəaliyyət göstərmiş Cəfərova Afərim Faxrəddin qızı 65 illik yubileyi münasibətilə çalışdığı kollektiv qarşısında təntənəli şəkildə təbrik olundu.
Gənc nəslin bilik və tərbiyəsində göstərdiyiniz fədakar əməyiniz, peşənizə sədaqətiniz və kollektivdə qazandığınız hörmət hər zaman yüksək dəyərləndirir, illərin zəhmətinə görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Sizə möhkəm can sağlığı, ailə səadəti, uzun ömür və həyatınızın növbəti mərhələsində xoş günlər arzulayırıq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi DƏYƏR-65 layihəsi çərçivəsində təhsil sahəsində uzun illər çalışan əməkdaşların yubileylərini bundan sonra da diqqət və ehtiramla qeyd edəcək.







