“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöldə DƏYƏR-65 layihəsi davam edir.

20/02/2026, 12:53
xeber1

DƏYƏR-65 layihəsi çərçivəsində növbəti yubiley təbriki Göygöl rayon Mollacəlilli kənd tam orta ümumtəhsil məktəbinin direktoru Quliyeva Gülxanım Cümşüd qızının 65 illik yubileyi münasibətilə həyata keçirilib.

Yubilyarıın uzun illər təhsil sahəsində fəaliyyəti, rəhbərlik etdiyi kollektivdə yaratdığı işgüzar mühit, gənc nəslin yetişdirilməsində göstərdiyi xidmətlər olub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən Gülxanım müəllimə rəhbərlik etdiyi kollektiv qarşısında təntənəli şəkildə təbrik edilib.

Qeyd edək ki, DƏYƏR-65 layihəsi çərçivəsində 65 yaşına çatmış hər bir təhsil işçisinin yubileyi uzun illər çalışdığı kollektiv qarşısında qeyd olunmaqda davam edəcəkdir. Bu təşəbbüs təhsil işçilərinə göstərilən diqqət və ehtiramın bariz nümunəsidir.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: