“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöldə Əməkdaşlıq Memorandumu imzalanıb.

23/01/2026, 18:28
xeber1

23 yanvar 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi ilə Göygöl Gənclər evi sosial xidmət müəssisəsi arasında qarşılıqlı əməkdaşlığın təşkili məqsədilə Əməkdaşlıq Memorandumu imzalanmışdır. Memorandum tərəflər arasında sosial, mədəni, maarifləndirici, hüquqi və sağlamlıq istiqamətləri üzrə əməkdaşlığın qurulmasını, birgə tədbir və layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Sənədə əsasən, seminarların, təlimlərin, dəyirmi masaların təşkili, maarifləndirici tədbirlərin keçirilməsi, qarşılıqlı məlumat və təcrübə mübadiləsinin aparılması istiqamətində birgə fəaliyyət həyata keçiriləcəkdir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi təhsil və elm sahəsində çalışan işçilərin əmək, sosial-iqtisadi və hüquqi maraqlarının qorunması, habelə onların rifahının yüksəldilməsi məqsədilə qarşılıqlı əməkdaşlığın təşkili istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəkdir.   


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: