“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöldə əməyin mühafizəsi və hüquqi maarifləndirmə ilə bağlı görüşlər davam edir

07/09/2026, 15:21
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Göygöl Rayon Komitəsinin təşəbbüsü ilə Göygöl rayon təhsil müəssisələrində yeni tədris ili çərçivəsində əməyin mühafizəsi və hüquqi maarifləndirmə istiqamətində görüşlər keçirilir.

Növbəti görüş Göygöl rayon Mollacəllilli kənd tam orta ümumtəhsil məktəbində keçirilib. Görüş zamanı təhsil işçilərinin təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi, əməyin mühafizəsi qaydalarına riayət olunması və işçilərin hüquqi maarifləndirilməsi məsələləri müzakirə edilib.

Müəssisədə əməyin mühafizəsinə dair giriş, illik və cari (təkrar) təlimat jurnallarının hazırlanması, nömrələnməsi, möhürlənməsi və imzalanması ilə bağlı müvafiq işlər həyata keçirilib.

Həmçinin əməyin mühafizəsi işinin təşkilinə məsul şəxsin işəgötürənin əmri ilə təyin olunması, məsul şəxs tərəfindən işçilərə müvafiq təlimatlandırmanın keçirilməsi və təlimatlandırmadan sonra əməkdaşların təlimat jurnalında imza etməsi təmin olunub.

Eyni qaydada yanğından mühafizə üzrə təlimatlandırmanın təşkili və müvafiq jurnal üzrə işlərin aparılması diqqətdə saxlanılıb.

Görüş zamanı əməyin mühafizəsi sahəsində mövcud vəziyyət, əmək hüquqları və təhlükəsizlik qaydalarının gündəlik iş prosesində tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Bu istiqamətdə tədbirlər yeni tədris ilində Göygöl rayonunun 20 təhsil müəssisəsində, o cümlədən ümumtəhsil məktəbləri, uşaq bağçaları və məktəbdənkənar təhsil müəssisələrində davam etdiriləcək.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: