“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöldə əməyin mühafizəsi və hüquqi maarifləndirmə ilə bağlı görüşlər davam edir

15/09/2026, 09:27
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Göygöl Rayon Komitəsinin fəaliyyət planına uyğun olaraq rayonun təhsil müəssisələrində əməyin mühafizəsi və hüquqi maarifləndirmə istiqamətində tədbirlər davam etdirilir.

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin tapşırığına uyğun olaraq Göygöl rayonunun ucqar ərazilərində fəaliyyət göstərən təhsil müəssisələrinin kollektivləri ilə görüşlər davam etdirilir.

Növbəti görüş Göygöl rayon Quşqara kənd tam orta ümumtəhsil məktəbinin əmək kollektivi ilə keçirilib.

Görüşdə təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, əməyin mühafizəsi üzrə təlimatların təşkili və sənədləşdirilməsi, təlimat jurnallarının düzgün aparılması, məsul şəxslərin müəyyənləşdirilməsi, yanğın təhlükəsizliyi və işəgötürənin qanunvericilikdən irəli gələn öhdəlikləri barədə ətraflı məlumat verilib.

Eyni zamanda, əmək münasibətlərində işçilərin hüquq və vəzifələri, əmək qanunvericiliyinin əsas tələbləri və təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyi diqqətə çatdırılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb və əməyin mühafizəsi sahəsində maarifləndirmə işinin sistemli şəkildə davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

ETİHİ Göygöl Rayon Komitəsi tərəfindən rayonun təhsil müəssisələrində təhlükəsiz əmək mühitinin formalaşdırılması və əmək hüquqları üzrə məlumatlılığın artırılması məqsədilə maarifləndirici görüşlər davam etdiriləcək.

Təhlükəsiz əmək mühiti — hüquq, əməyin mühafizəsi isə hər birimizin məsuliyyətidir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: