“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöldə əməyin mühafizəsi və hüquqi maarifləndirmə ilə bağlı növbəti görüş keçirilib

13/09/2026, 12:52
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Göygöl Rayon Komitəsinin yeni tədris ili üzrə fəaliyyət planına uyğun olaraq rayonun təhsil müəssisələrində əməyin mühafizəsi və hüquqi maarifləndirmə istiqamətində görüşlər davam etdirilir.

Bu çərçivədə növbəti görüş Göygöl rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektiv üzvləri ilə keçirilib.

Görüşdə müəssisədə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əməkdaşların əməyin mühafizəsi sahəsində maarifləndirilməsi, əmək qanunvericiliyindən irəli gələn hüquq və vəzifələri barədə məlumatlandırılması məsələlərinə xüsusi diqqət yetirilib.

Görüş zamanı əməyin mühafizəsi üzrə giriş, illik və cari (təkrar) təlimatlandırmaların təşkili, müvafiq təlimat jurnallarının düzgün işlənilməsi və sənədləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin müəssisədə əməyin mühafizəsi işinin təşkilinə məsul şəxsin işəgötürənin əmri ilə müəyyən edilməsi, məsul şəxs tərəfindən əməkdaşlara müvafiq təlimatların keçirilməsi və təlimatlandırmaların jurnallarda rəsmiləşdirilməsi məsələləri müzakirə olunub.

Eyni zamanda, yanğından mühafizə sahəsində təlimatlandırmanın təşkili, təhlükəsizlik qaydalarına əməl olunması və müvafiq sənədlərin düzgün aparılması ilə bağlı məsələlər diqqət mərkəzində saxlanılıb.

Görüşdə əməkdaşların sualları dinlənilib, əməyin mühafizəsi və əmək hüquqları ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ETİHİ Göygöl Rayon Komitəsi tərəfindən yeni tədris ilində rayonun 20 təhsil müəssisəsində, o cümlədən ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində əməyin mühafizəsi və hüquqi maarifləndirmə istiqamətində görüşlərin keçirilməsi nəzərdə tutulub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: