Xəbərlər
Göygöldə gənc, fəal müəllimlər Gənclər Günündə mükafatlandırılıb.

Göygöl rayonunda fəaliyyət göstərən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi 2 fevral – Gənclər Günündə rayonun qabaqcıl müəllimlərini təltif edib. Tədbirdə MİQ və Sertifikasiya imtahanlarında yüksək nəticə göstərmiş, sosial fəaliyyətlərdə aktiv olan müəllimlər xüsusi mükafatlarla qiymətləndirilib.
Təltif mərasimi zamanı çıxış edən Komitə nümayəndəsi, müəllimlərin peşəkarlığının və fədakarlığının gənc nəsillərin inkişafında əvəzsiz olduğunu vurğulayıb. Həmçinin tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının üzvü olmağın müəllimlərə yaratdığı imkanlar və üstünlüklər barədə də məlumat verilib. Üzvlük sayəsində müəllimlər peşəkar inkişaf, hüquqi dəstək, təlim və seminar imkanlarından yararlanmaq, həmçinin müxtəlif sosial və mədəni layihələrdə iştirak etmək imkanı qazanırlar.
Mükafatlandırılan müəllimlər, göstərdikləri yüksək nəticələr və pedaqoji fəaliyyətlərindəki uğurlarına görə həmkarlar ittifaqı tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunublar.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi olaraq müəllimlərimizin uğurları ilə fəxr edirik və gələcək fəaliyyətlərində də uğurlar arzulayırıq.









