“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöldə gənclər arasında narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib.

21/10/2025, 16:01
xeber1

Gənclər arasında narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, sağlam həyat tərzinin təbliği məqsədilə Göygöl Peşə Məktəbində maarifləndirici tədbir keçirilib.

Tədbirdə Göygöl Peşə Məktəbinin direktoru Kəmalə Nəhmədova, Göygöl rayon Polis şöbəsinin əməkdaşı, polis kapitanı Elçin Məmmədov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin sədri Elnur Hacıyev, məktəbin müəllim və tələbə heyəti iştirak ediblər.

Çıxış edən natiqlər “Narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusu ətrafında çıxışlar edərək narkotik vasitələrin insan sağlamlığına, ailə və cəmiyyətə vurduğu ağır fəsadlar barədə məlumat veriblər. Qeyd olunub ki, gənclərin sağlam həyat tərzini seçməsi, idman və faydalı məşğuliyyətlərə üstünlük verməsi onların gələcək uğurlarının əsas şərtidir.

Tələbələrə zərərli vərdişlərdən uzaq durmaq, düzgün seçimlər etmək və sağlam həyat tərzinə sadiq qalmaq barədə tövsiyələr verilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi gələcəkdə də gənclər arasında maarifləndirici tədbirlərin keçirilməsini davam etdirəcək.

#Göygöl

#Maarifləndirmə

#NarkomaniyayaYox

#SağlamHəyat

#Təhsil

#Gənclər

#ElmVəTəhsilİşçiləriHəmkarlarİttifaqı

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: