“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöldə gənclər arasında narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib

06/11/2026, 15:39
xeber1

Gənclərin zərərli vərdişlərdən qorunması, narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği məqsədilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Göygöl Rayon Komitəsinin təşəbbüsü ilə Göygöl rayon Aşıqlı kənd tam orta ümumtəhsil məktəbində maarifləndirici tədbir keçirilib.

Tədbirdə ETİHİ Göygöl Rayon Komitəsinin sədri Elnur Hacıyev, Aşıqlı kəndinin icra nümayəndəsi, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşı, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Çıxışlar zamanı narkomaniyanın insan sağlamlığına, ailə münasibətlərinə və cəmiyyətin sosial inkişafına vurduğu ağır zərərlər diqqətə çatdırılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin doğurduğu hüquqi məsuliyyət, bu təhlükəli bəladan qorunma yolları və gənclərin maarifləndirilməsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Xüsusilə vurğulanıb ki, narkomaniyaya qarşı mübarizə yalnız hüquq-mühafizə orqanlarının deyil, ailənin, təhsil müəssisələrinin, ictimai təşkilatların və bütövlükdə cəmiyyətin birgə məsuliyyətidir.

İştirakçılara sağlam həyat tərzini seçmək, idmanla məşğul olmaq, asudə vaxtı səmərəli təşkil etmək, zərərli vərdişlərdən uzaq durmaq və gələcəkləri naminə düzgün qərarlar qəbul etmək tövsiyə olunub.

Səmimi fikir mübadiləsi şəraitində keçən tədbirdə iştirakçıların sualları cavablandırılıb, mövzunun aktuallığı ətrafında müzakirələr aparılıb.

ETİHİ Göygöl Rayon Komitəsi gənclərin sağlam, təhlükəsiz və sağlam düşüncəli gələcəyinin formalaşmasına töhfə vermək məqsədilə narkomaniyaya qarşı mübarizə və hüquqi maarifləndirmə istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: