“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöldə görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasının 117-ci ildönümünə həsr olunmuş tədbir təşkil olunub.

21/10/2025, 07:27
xeber1

Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, görkəmli ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin tələbəsi olmuş, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Ortaq

başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Göygöl Rayon Komitəsinin fəal üzvü, Əməkdar müəllim Dilarə Qazıyeva, təhsil işçiləri olan İttifaq üzvlərimiz və rayon ziyalıları iştirak ediblər.

Tədbirdə çıxış edən ziyalılar və qonaqlar Mir Cəlal Paşayevin həyat və yaradıcılığı, onun yüksək insani keyfiyyətləri haqqında ətraflı məlumat veriblər və dəyərli xatirələrini bölüşüblər.

Press-reliz (xəbər) barədə yarana biləcək suallara cavab verəcək məsul şəxs:

ATİAHİ Göygöl Rayon Komitəsinin sədri: Elnur Hacıyev

Əlaqə nömrəsi: +994502736336

Elektron ünvan: atiahi-goygol-rk@mail.ru

#AHİK

#ATİAHİ

#ATİAHİninGöygölRayonKomitəsi

#GöygölRayonİcraHakimiyyəti

#MÜTDA

#GəncəDaşkəsənRegionalTəhsilİdarəsi

#Göygölrayonuüzrətəhsilsektoru

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: