Xəbərlər
Göygöldə qadın təhsil işçiləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik olunub.

Beynəlxalq Qadınlar Günü münasibətilə Göygöl rayonunda fəaliyyət göstərən qadın təhsil işçilərinin təbrik olunması başa çatıb. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən bir neçə gün ərzində təşkil olunan tədbirlər çərçivəsində rayonun təhsil müəssisələri ziyarət olunaraq qadın müəllimlərə bayram münasibətilə xoş sözlər və səmimi arzular çatdırılıb.
Təbrik tədbirləri çərçivəsində Göygöl rayonunun təhsil müəssisələrində çalışan bütün qadın təhsil işçilərinə diqqət göstərilmiş, onların əməyi yüksək qiymətləndirilmiş və bayram münasibətilə səmimi təbriklər çatdırılmışdır.
Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi bütün qadın təhsil işçilərini 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir daha ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti və məsuliyyətli pedaqoji fəaliyyətlərində yeni-yeni uğurlar arzulayır.








