“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöldə qadın təhsil işçilərinin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik olunması davam edir.

05/03/2026, 15:11
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun təhsil müəssisələrində çalışan qadın təhsil işçilərinin təbrik olunması davam etdirilir.

Təbriklər çərçivəsində məktəblər ziyarət olunur, müəllimlərə bayram münasibətilə xoş sözlər və səmimi arzular çatdırılır. Görüşlər zamanı qadın müəllimlərin təhsil sistemindəki mühüm rolu, gənc nəslin formalaşmasında göstərdikləri fədakar əməyin cəmiyyət üçün böyük əhəmiyyət daşıdığı xüsusi vurğulanır.

Qadın təhsil işçilərinə göstərdikləri zəhmətə görə təşəkkür edir, onlara möhkəm cansağlığı, ailə səadəti və peşə fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

Bayram təbriklərinin növbəti günlərdə rayonun digər təhsil müəssisələrində də davam etdirilməsi planlaşdırılır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: