“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöldə sertifikasiyada uğur qazanmayan müəllimlər üçün üçün maarifləndirici görüş keçirilib.

21/10/2025, 15:33
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin təşkilatçılığı ilə “Sertifikasiyada uğur qazanmayan müəllimlər üçün alternativ yollar” mövzusunda maarifləndirici görüş təşkil olunub.

Görüşdə Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının İşsiz şəxslərlə iş şöbəsinin mütəxəssisi, karyera məsləhətçisi Tural Məmmədov iştirakçılara Agentliyin işaxtaran və işsiz vətəndaşlar üçün təqdim etdiyi imkanlar, məşğulluğa dair aktiv layihələr və mövcud vakansiyalar barədə geniş məlumat verib.

Tədbir çərçivəsində Peşə təmayüllü siniflər layihəsinin təqdim etdiyi vakansiyalar haqqında ətraflı məlumat Nərmin Abbasova tərəfindən təqdim olunub.

İcma əsaslı məktəbəqədər təhsil layihəsi çərçivəsində mövcud vakansiyalar və işə qəbul prosesi barədə isə Münəvvər Şabanova iştirakçıları məlumatlandırıb.

Tədbirdə namizədliyin qeydə alınması, vakansiya seçimi və elektron müraciət prosesi ilə bağlı praktik tövsiyələr və izahatlar təqdim olunub. Görüş zamanı iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən yerində cavablandırılıb, fərdi yönləndirmə işi aparılıb və əlaqə vasitələri iştirakçılarla bölüşülüb.

Maarifləndirici görüş iştirakçılar tərəfindən yüksək maraqla qarşılanıb və faydalı informasiya mübadiləsinə səbəb olub.

Bu görüş, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sertifikasiyadan keçə bilməyən və müəllimlik hüququnu itirən şəxslərin alternativ məşğulluq imkanları ilə təmin olunmasına dəstək məqsədi daşıyan təşəbbüslərindən biridir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi alternativ məşğulluq imkanları ilə təmin olunma üçün dəstək işini bundan sonra da davam etdirəcək.

Press-reliz (xəbər) barədə yarana biləcək suallara cavab verəcək məsul şəxs:


ETİHİ Göygöl Rayon Komitəsinin sədri: Elnur Hacıyev

Əlaqə nömrəsi: +994502736336

Elektron ünvan: atiahi-goygol-rk@mail.ru

#AHİK

#ETİHİ


#DMA

#ETİHİGöygölRayonKomitəsi

#MÜTDA

#GəncəDaşkəsənRegionalTəhsilİdarəsi

#Göygölrayonuüzrətəhsilsektoru


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: