Xəbərlər
Göygöldə tələbələrlə motivasiya və təcrübə mübadiləsi görüşü çərçivəsində “Universitetdən sonra nə?” mövzusunda müzakirə sessiyası təşkil olunub.
11/02/2026, 13:27
Sessiyada karyera seçimi, əmək bazarının tələbləri, ilkin iş təcrübəsinin qazanılması və özünüinkişaf yolları barədə ətraflı fikir mübadiləsi aparılıb.
Tələbələr universitetdən sonrakı mərhələdə qarşılaşdıqları real vəziyyətlər, uğur strategiyaları və fərdi inkişaf addımları barədə təcrübələrini bölüşüblər.
Eyni zamanda Tələbə Həmkarlar Təşkilatının təqdim etdiyi imkanlar, sosial dəstək və inkişaf proqramları barədə maarifləndirici məlumat verilib.



