“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöldə təqaüddə olan təhsil işçisinə evdə ziyarət təşkil olunub.

21/10/2025, 15:59
xeber1

Elm və Təhsil İşçiləri Göygöl Rayon Komitəsinin “Dəyər-65” layihəsi çərçivəsində uzun illər təhsil müəssisəsində təsərrüfat işlərində yorulmadan çalışmış təqaüddə olan əməkdaş Abbasov Surxay Kamran oğlu evində ziyarət olunub.

Müəllimlər Günü münasibətilə təltif olunması üçün tədbirə dəvət edilən Surxay dayının səhhəti buna imkan vermədiyindən Komitə nümayəndələri onun evinə qonaq gediblər. Görüş zamanı Surxay dayıya şəfa və uzun ömür arzulanıb, təhsil müəssisəsindəki göstərdiyi uzun müddətli xidmətləri yüksək qiymətləndirilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi bundan sonra da təqaüddə olan təhsil işçilərinin sosial rifahını diqqətdə saxlamağı davam etdirəcək.

#MüəllimlərGünü #Dəyər65 #GöygölTəhsil #ElmVəTəhsilİşçiləri #UstadlaraDəyər

Sosial şəbəkələrdə paylaş: