“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöldə Ümummilli Lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş konfrans keçirilib Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Göygöldə “Xalqımızın qəlbində yaşayan əbədi lider” mövzusunda konfrans keçirilib.

08/05/2026, 17:16
xeber1

Tədbirdə Kamran Bayramov, Göygöl Rayon İcra Hakimiyyətinin rəhbərliyi, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Göygöl rayon təşkilatının sədri, idarə və müəssisələrin nümayəndələri, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər və gənclər iştirak ediblər.

Tədbirdə ETİHİ Göygöl Rayon Komitəsinin sədri Elnur Hacıyev də iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən foto-sərgiyə baxış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndərin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli inkişaf strategiyasının formalaşdırılması və ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətindəki misilsiz xidmətlərindən bəhs ediblər. Bildirilib ki, Ulu Öndərin zəngin siyasi irsi bu gün də Azərbaycanın inkişaf yolunda əsas istiqamətverici amillərdən biridir.

Tədbir çərçivəsində bir qrup şəxs Fəxri Fərmanlarla təltif olunub, həmçinin Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilib.

Konfransın bədii hissəsində musiqiçilərin iştirakı ilə konsert proqramı təqdim olunub. Tədbir Heydər Əliyev parkında keçirilən ağacəkmə aksiyası ilə davam edib.

Sonda iştirakçılar xatirə şəkli çəkdiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: