“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöldə yaradıcı və təcrübəli müəllimlərlə "Söz və musiqi sənətinin daşıyıcıları" adlı məclis təşkil edilib.

01/12/2025, 19:29
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi, Göygöl Ziyalı Cəmiyyəti, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Göygöl rayonu üzrə Təhsil sektoru və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Göygöldə yaradıcı və təcrübəli müəllimlərlə görüş keçirilib.

Görüşdə yaradıcı müəllimlər öz şeirlərini səsləndirib, ustad xanəndələr muğam ifaları və qəzəlləri dinlənilib.

Tədbirin əsas məqsədi uzun illər təhsilə xidmət etmiş müəllimlərin əməyinə hörmət və ehtiram göstərmək, onların zəngin təcrübəsini yeni nəslə çatdırmaq olub.

Görüşdə yaradıcı müəllimlər öz şeirlərini səsləndirib, ustad xanəndələr muğam ifaları və qəzəl söyləmələri ilə tədbirə xüsusi rəng qatıb. Sənət və söz dolu bu anlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir yadda qalan çıxışlar, səmimi ünsiyyət və dəyərli müəllimlərin xatirələri ilə zəngin olub.

Göygöl rayon Kərəmli kənd tam orta ümumtəhsil məktəbinin direktoru, şair “Milli” təxəllüslü Mətləb Hüseynovun 60 illik yubileyinin qeyd olunması da görüşə xüsusi rəng qatıb.

Görüş iştirakçıları belə görüşlərin ənənə halını almasının təhsil ictimaiyyətinə müsbət təsir göstərəcəyini vurğulayıb.


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: