“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöldə yüksək bal toplayan məzunlarla görüş keçirilib

13/09/2026, 11:35
xeber1

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov ali təhsil müəssisələrinə yüksək balla qəbul olaraq tələbə adını qazanan məzunlarla görüşüb.

Görüşdə Milli Məclisin deputatı Kamran Bayramov, Göygöl Rayon Təhsil Sektorunun müdiri Elnur Qasımov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin sədri Elnur Hacıyev və digər şəxslər iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, əziz xatirəsi dərin ehtiramla yad edilib.

Görüş zamanı Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən genişmiqyaslı islahatlardan danışıb. İcra başçısı tələbə adını qazanan gəncləri səmimi qəlbdən təbrik edərək, onlara gələcək təhsil və fəaliyyətlərində uğurlar arzulayıb.

Milli Məclisin deputatı Kamran Bayramov çıxışında gənclərə qarşıdakı tələbəlik həyatında uğurlar arzulayıb, seçdikləri ixtisaslar üzrə yüksək bilik və bacarıqlara yiyələnmələrinin, gələcəkdə ölkəmizin inkişafına layiqli töhfələr vermələrinin vacibliyini vurğulayıb.

Göygöl Rayon Təhsil Sektorunun müdiri Elnur Qasımov, ETİHİ Göygöl Rayon Komitəsinin sədri Elnur Hacıyev və digər natiqlər çıxış edərək məzunların qəbul imtahanlarında göstərdikləri uğurlu nəticələrdən, rayon üzrə ali təhsil müəssisələrinə qəbul göstəricilərindən və təhsil sahəsində həyata keçirilən tədbirlərdən bəhs ediblər. Çıxışlarda yüksək nəticələrin əldə olunmasında müəllimlərin və valideynlərin böyük zəhməti xüsusi qeyd olunub, tələbə adını qazanan bütün məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Gənclər isə çıxışlarında təhsilin inkişafına göstərilən dövlət qayğısından, onların hərtərəfli inkişafı və uğur qazanması üçün yaradılan geniş imkanlardan söz açıblar. Onlar qazandıqları uğurlarda müəllimlərinin böyük əməyini xüsusi vurğulayaraq, görüşün təşkilinə görə Göygöl Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Ceyhun Niftəliyevin qızı Ayan Niftəliyeva rayon üzrə ən yüksək nəticə göstərərək ali təhsil müəssisəsinə qəbul olunub və tələbə adını qazanıb.

Sonda tələbə adını qazanan gənclərə qiymətli hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi də yüksək nəticə göstərən məzunların sevincinə qoşularaq tədbirə gül buketləri və hədiyyələrlə dəstək olub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: