“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöldə “Zəfər Ruhunda Sağlamlıq və Həmrəylik Yarışları – 2025” adlı təhsil işçiləri arasında idman yarışlarına start verilib.

26/10/2025, 11:50
xeber1

Göygöldə “Zəfər Ruhunda Sağlamlıq və Həmrəylik Yarışları – 2025” adlı təhsil işçiləri arasında idman yarışlarına start verilib.

25–26 oktyabr 2025-ci il tarixlərində Göygöl Olimpiya İdman Kompleksində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi və Göygöl rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Zəfər Ruhunda Sağlamlıq və Həmrəylik Yarışları – 2025” adlı idman tədbiri keçirilib.

Təhsil işçiləri arasında həmrəylik, sağlam həyat tərzi və vətənpərvərlik ruhunun təbliği məqsədi daşıyan yarışlar voleybol, şahmat, atıcılıq və stolüstü tennis növləri üzrə təşkil olunub.

İki gün davam edən yarışlarda Göygöl rayonunun ümumtəhsil müəssisələrini təmsil edən müəllim və texniki işçilər böyük ruh yüksəkliyi və dostluq ab-havasında mübarizə aparıblar.

Voleybol yarışında komandalar arasında gərgin və maraqlı qarşılaşmalar baş tutub. Şahmat yarışında intellektual mübarizə, atıcılıq yarışında isə diqqət və səbr bacarıqları ön plana çıxıb. Stolüstü tennis yarışında isə çeviklik və sürətli reaksiyalar tamaşaçılar tərəfindən alqışla qarşılanıb.

Yarışların yekununda hər növ üzrə I, II və III yerləri tutan qaliblər Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən diplom, medal, kubok və hədiyyələrlə təltif olunublar.

Təltifetmə mərasimi 8 noyabr – Zəfər Günü münasibətilə keçiriləcək. Tədbir zamanı qalib komandalara və iştirakçılara mükafatlar təqdim olunacaq.

Bu cür idman tədbirləri təhsil işçiləri arasında sağlam rəqabəti, fiziki və zehni hazırlığı gücləndirməklə yanaşı, həm də Zəfər Gününün mənəvi ruhuna sadiqliyi daha da möhkəmləndirir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi təhsil işçiləri arasında idman yarışlarını bundan sonra da davam etdirəcək.

Press-reliz (xəbər) barədə yarana biləcək suallara cavab verəcək məsul şəxs:

Məsul şəxs:

Elnur Hacıyev – ETİHİ Göygöl Rayon Komitəsinin sədri

Əlaqə nömrəsi: +994 50 273 63 36

Elektron ünvan: goygol-hik@etihi.org

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: