“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöldə “Zəfər Ruhunda Sağlamlıq və Həmrəylik Yarışları – 2025” qaliblərinin təltifetmə mərasimi keçirilib.

04/11/2025, 22:14
xeber1

Göygöldə “Zəfər Ruhunda Sağlamlıq və Həmrəylik Yarışları – 2025” qaliblərinin təltifetmə mərasimi keçirilib.

8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Göygöl Olimpiya İdman Kompleksində təhsil işçiləri arasında keçirilən idman yarışlarının qalibləri mükafatlandırılıb.

Tədbirdə təhsil sistemində fəaliyyət göstərən şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, həmçinin yarışda fərqlənən müəllim və texniki heyət iştirak edib.

Mərasimdə Göygöl Rayon İcra Hakimiyyətinin nümayəndəsi Babək Rəsulov, Göygöl rayonu üzrə Təhsil sektorunun müdiri Elnur Qasımov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin sədri Elnur Hacıyev və digər qonaqlar çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyətindən, həmrəylik və sağlam həyat tərzinin önəmini vurğulanıb.

Qalib komandalar və fərdi iştirakçılar diplom, medal, kubok və xüsusi hədiyyələrlə təltif olunub.

Tədbir həm idman ruhunu, həm də Zəfər Gününün mənəvi dəyərini özündə birləşdirib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi təhsil işçilərinin sağlamlığının və sosial fəallığının dəstəklənməsinə yönəlik layihələri bundan sonra da davam etdirəcək.

Press-reliz (xəbər) barədə yarana biləcək suallara cavab verəcək məsul şəxs:

Məsul şəxs:

Elnur Hacıyev – ETİHİ Göygöl Rayon Komitəsinin sədri

Əlaqə nömrəsi: +994 50 273 63 36

Elektron ünvan: goygol-hik@etihi.org

#ZəfərRuhunda2025

#SağlamlıqvəHəmrəylik

#ElmVəTəhsilİşçiləriHəmkarlarİttifaqı

#GöygölrayonuüzrəTəhsilsektoru

#ZəfərGünü

#BirlikRuhZəfər

#Təhsilİşçiləriİdmanda

#GöygölOlimpiya

#SağlamHəyatTərzi

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: