“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöldə “Zəfər Ruhunda Sağlamlıq və Həmrəylik Yarışları – 2026” keçirilib

02/11/2026, 13:56
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən təhsil işçiləri arasında sağlam həyat tərzinin, idmanın və həmrəyliyin təşviqi məqsədilə ənənəvi olaraq təşkil edilən “Zəfər Ruhunda Sağlamlıq və Həmrəylik Yarışları – 2026” idman tədbiri bu il də keçirilib.

Yarışlar dörd idman növü – 3x3 basketbol, atıcılıq, şahmat və stolüstü tennis üzrə təşkil olunub.

Göygöl rayonunun təhsil müəssisələrini təmsil edən müəllim və digər təhsil işçilərinin iştirak etdiyi yarışlarda sağlam rəqabət, komanda ruhu, qarşılıqlı hörmət və dostluq münasibətləri ön plana çıxıb.

Tədbirin keçirilməsində əsas məqsəd təhsil işçiləri arasında sağlam həyat tərzini təşviq etmək, kollektiv həmrəyliyi gücləndirmək, asudə vaxtın səmərəli təşkilinə dəstək vermək və Zəfər Gününün vətənpərvərlik ruhunu yaşatmaqdır.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi təhsil işçilərinin sosial, mədəni və idman həyatında fəal iştirakını bundan sonra da dəstəkləyəcək, bu istiqamətdə ənənəvi tədbirləri davam etdirəcək.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: