“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöldə “Zəfər tariximiz” adlı bilik yarışı keçirilib.

03/11/2025, 12:33
xeber1

Göygöldə “Zəfər tariximiz” adlı bilik yarışı keçirilib. Göygöl rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfər tariximiz” adlı bilik yarışı təşkil olunub. Yarışda müxtəlif məktəblərin komandaları 44 günlük Vətən müharibəsi, Azərbaycan dövlətçiliyi və Konstitusiya ilə bağlı biliklərini nümayiş etdiriblər. Fəal iştirakına və göstərdiyi uğurlara görə qalib və fərqlənən komandalar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən diplom və hədiyyələrlə təltif olunub. Tədbir, şagirdlər arasında vətənpərvərlik ruhunun, dövlətçilik düşüncəsinin və tarixi biliklərin gücləndirilməsinə xidmət edir. #ZəfərTariximiz #KonstitusiyaVəSuverenlikİli #Vətənpərvərlik #ElmvəTəhsilİşçiləriHəmkarlarİttifaqı #GöygölrayonİcraHakimiyyəti

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: