“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygölün Çaykənd kəndində təhsil işçiləri ilə görüş keçirilib

22/09/2026, 08:47
xeber1

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin tapşırığına uyğun olaraq Göygöl rayonunun ucqar ərazilərində fəaliyyət göstərən təhsil müəssisələrinin kollektivləri ilə görüşlər davam etdirilir.

Növbəti görüş Göygöl rayonu Süleyman Əliyev adına Çaykənd kənd tam orta ümumtəhsil məktəbinin kollektivi ilə keçirilib.

Görüşdə təhsil işçilərinin əmək və sosial hüquqlarının müdafiəsi, həmkarlar ittifaqının üzvlərə göstərdiyi hüquqi və sosial dəstək, ittifaqın həyata keçirdiyi layihələr və tədbirlər, eləcə də qarşıda duran əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Təhsil işçilərinin gündəlik əmək fəaliyyətində qarşılaşdıqları məsələlər, əmək münasibətlərinin düzgün qurulması, işçilərin hüquq və vəzifələri, əməyin mühafizəsi və təhlükəsiz əmək şəraitinin təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüş zamanı ucqar ərazilərdə çalışan təhsil işçilərinin fəaliyyətinin diqqətdə saxlanılmasının, onların müraciət və təkliflərinin yerində dinlənilməsinin və həmkarlar ittifaqı ilə əmək kollektivləri arasında birbaşa əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Məktəb kollektivinin üzvlərini maraqlandıran suallar cavablandırılıb, səsləndirilən təklif və müraciətlər dinlənilib.

Sonda məktəbin müəllim və əməkdaşları 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik olunub, onların şərəfli və məsuliyyətli fəaliyyətində uğurlar arzulanıb.

ETİHİ Göygöl Rayon Komitəsi təhsil işçiləri ilə birbaşa və səmərəli əməkdaşlığın genişləndirilməsi, əmək hüquqlarının müdafiəsi və ucqar təhsil müəssisələrində çalışan ittifaq üzvlərinin diqqətdə saxlanılması istiqamətində fəaliyyətini davam etdirir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: