Xəbərlər
"Göygölün Fəxri Gənc Müəllimlərini Tanıyaq" rubrikasına start verilib.
03/02/2026, 17:28

Rubrikamızın ilk qəhrəmanı — Abbasova Aytac Nail qızı, Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında yüksək nəticə göstərərək 101.65 bal toplayıb.
Hazırda Göygöl rayon Texniki Təbiət Fənləri Təmayüllü Liseydə müəllim kimi pedaqoji fəaliyyətini uğurla davam etdirir.
Peşəsinə məsuliyyətli yanaşması, əldə etdiyi nəticə və inkişaf əzmi ilə seçilən Aytac müəlliməyə gələcək pedaqoji fəaliyyətində yeni nailiyyətlər və uğurlar arzulayırıq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi Göygölün fəal və uğurlu gənc müəllimlərini tanıtmağa davam edəcək.



