Xəbərlər
Gözlənilməz təbrik

Göyçay Peşə Liseyi Publik Hüquqi Şəxsin rəhbəri, hörmətli Elxan müəllimin doğum günü münasibətilə səmimi və yaddaqalan görüş baş tutdu.
Bu əlamətdar gün münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin əməkdaşları sürpriz qonaq qismində iştirak edərək Elxan müəllimi təbrik etdilər. Görüş xoş əhval-ruhiyyə, səmimi söhbətlər və gülərüz anlarla yadda qaldı.
Tədbir zamanı Elxan müəllim öz ürək sözlərini bölüşərək göstərilən diqqət və qayğıya görə dərin təşəkkürünü bildirdi. Ona ölkəmizin simvolunu əks etdirən xüsusi hədiyyə təqdim olundu.
Kollektivin bir araya gəldiyi bu gözəl məclisdə xoş arzular səsləndirildi, səmimi fikirlər bölüşüldü. Elxan müəllim çıxışında təhsil sahəsində əldə olunan uğurlardan danışaraq gələcək inkişaf istiqamətlərinə də toxundu.
Bu cür görüşlər kollektiv ruhunu möhkəmləndirir və qarşılıqlı hörməti daha da artırır.
Elxan müəllimə möhkəm can sağlığı, uzun ömür və fəaliyyətində yeni uğurlar arzulayırıq!




