“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"Gülə-gülə darıxdım"

20/04/2026, 11:45
xeber1

Şəki şəhər Heydər Əliyev Mərkəzində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsi və M.F. Axundov adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi,Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Zaur İlhamoğlunun yaradıcılığına həsr olunmuş “Gülə-gülə darıxdım” adlı tədbir keçirilib.


Tədbirdə ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin baş məsləhətçisi Elxan Abdullayev, M.F.Axundov adına mədəniyyət mərkəzinin müdiri Ağali Cəlilov, MİHİ Şəki Şəhər Komitəsinin sədri Nəzakət Əliyeva, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Şəki rayonu üzrə mədəniyyət sektorunun müdiri Ülkər Mahmudova, şəhid anaları, təhsil və mədəniyyət işçiləri, şairin qələm dostları,ziyalılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə şəki rəssamlarının əl işlərindən ibarət sərgi ilə tanış olublar. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Gecəni giriş sözü və şairin şeirləri ilə aparıcılar Arzu Əzizova və Elvin Nüsrətoğlu açaraq sözü Ziyafət Xasiyevaya veriblər. Ziyafət Xasiyeva çıxışında şair və yazıçılara göstərilən dövlət qayğısından bəhs edərək, Ulu Öndərin şairlər haqqında söylədiyi fikirlərdən sitatlar gətirib, şairin yaradıcılığında vətənpərvərlik, sevgi və mənəvi dəyərlərin mühüm yer tutduğunu vurğulayıb.


Daha sonra çıxış edən Nəzakət Əliyeva, Ülkər Mahmudova, Elxan Abdullayev, şair Giya Paçxataşvili və şairin qələm yoldaşları onun yaradıcılığı barədə fikirlərini bölüşüblər.

Təbdir zamanı şairin şeirləri və sözlərinə bəstələnmiş musiqilər səsləndirilib.


Tədbirin sonunda şairə ETİHİ Şəki Şəhər Komitəsi tərəfindən hədiyyə və təşəkkürnamə təqdim olunub, xatirə şəkli çəkdirilib.


Qeyd edək ki, şair Zaur İlhamoğlu ETİHİ Şəki Şəhər Komitəsinin fəal ittifaq üzvlərindən biridir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: