Xəbərlər
Güzdək məktəbinin kollektivi “Nazlı Bulaq”da istirahət edib

Güzdək qəsəbə tam orta məktəbi kollektivi üçün Quba rayonunda yerləşən Nazlı Bulaq İstirahət Mərkəzi istiqamətində ekskursiya təşkil olunub.
Təbiətin qoynunda yerləşən istirahət məkanında keçirilən səfər iştirakçılara həm dincəlmək, həm də birlikdə xoş vaxt keçirmək imkanı yaradıb. Kollektiv üzvləri səmimi mühitdə ünsiyyət quraraq yaddaqalan anlar yaşayıb, Qubanın gözəl təbiətindən zövq alıblar.
Belə sosial tədbirlər əməkdaşların asudə vaxtının səmərəli təşkilinə, kollektiv münasibətlərinin möhkəmlənməsinə və iş motivasiyasının yüksəlməsinə mühüm töhfə verir. İştirakçılar göstərilən diqqət və qayğıya görə ETİHİ Abşeron Rayon Komitəsinə təşəkkürlərini bildirərək, bu cür layihələrin davamlı olmasının əhəmiyyətini xüsusi vurğulayıblar.




