“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbində ilk həmkarlar təşkilatının sədr seçildi.

16/03/2026, 11:37
xeber1

İmişli rayon Q. Tarverdiyev adına Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbində ilk həmkarlar təşkilatının sədrinin seçilməsi məqsədilə iclas keçirildi. Tədbirdə ETİHİ-inin İmişli rayon komitəsinin sədri məktəbin direktoru , pedaqoji kollektivi iştirak etdi. Rayon komitəsinin sədri həmkarlar təşkilatının fəaliyyətinin əhəmiyyətini vurğulandı.Yeni sədr seçkisinin keçirilməsinin məqsədi və hədəfləri barədə məlumat verdi.

Seçki açıq səsvermə yolu ilə aparıldı. Kollektivin yekdil qərarı ilə İbişov Pəncalı Kamil oğlu məktəbin yeni həmkarlar təşkilatının sədri seçildi.

Yeni seçilmiş sədr kollektivin ona göstərdiyi etimada görə təşəkkürünü bildirdi və bundan sonra da müəllimlərin sosial müdafiəsinin

gücləndirilməsi, onların hüquqlarının qorunması və kollektivdə sağlam əməkdaşlıq mühitinin inkişaf etdirilməsi istiqamətində çalışacağını qeyd etdi.

Sosial şəbəkələrdə paylaş: