“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Hacıkəndə təşkil olunmuş ekskursiya

08/07/2026, 12:23
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Sadıqlı kənd tam orta məktəbinin kollektivi Azərbaycanın füsunkar guşələrindən biri olan Hacıkəndə təşkil olunmuş ekskursiyada iştirak etdilər.

Səfər iştirakçıları onlar üçün yaradılmış yüksək səviyyəli şəraitə və göstərilən diqqətə görə səmimi minnətdarlıqlarını ifadə edərək qeyd etmişlər ki, son illər Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının fəaliyyətində müşahidə olunan müsbət yeniliklər və inkişaf hər bir təhsil işçisi tərəfindən böyük rəğbətlə qarşılanır.

Kollektiv belə mənalı və yaddaqalan səfərin təşkilinə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinə dərin təşəkkürünü bildirərək, bu cür layihələrin müəllimlərin asudə vaxtının səmərəli keçirilməsinə, kollektivlər arasında həmrəyliyin möhkəmlənməsinə və onların iş əzminin daha da yüksəlməsinə mühüm töhfə verdiyini xüsusi vurğulamışdır. Səfər iştirakçıları bu diqqət və qayğının davamlı olmasını arzulayaraq, təhsil işçilərinə göstərilən yüksək dəyərə görə öz səmimi minnətdarlıqlarını bir daha ifadə etdilər

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: