“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Hacıqabulda Anım Günü tədbirində şəhid ailəsi ziyarət olunub.

23/09/2026, 18:19
xeber1

Anım Günü ilə əlaqədar olaraq, ETİHİ Hacıqabul Rayon Komitəsinin sədri Hacıqabul şəhəri 2 nömrəli “Gündüz” körpələr evində keçirilən tədbirdə iştirak etdi.

Tədbir zamanı balacalar Vətənə, şəhidlərimizin əziz xatirəsinə və doğma torpağımıza olan sevgilərini çəkdikləri rəsmlər və söylədikləri şeirlərlə ifadə etdilər.

Tədbirdə şəhid Bələdov Ruslan Allahyar oğlunun anası və körpələr evində təhsil alan kiçik qardaşı da iştirak edirdi. Şəhidimizin kiçik qardaşının tədbirdə şeir söyləməsi tədbirə xüsusi duyğulu anlar qatdı.

Balacaları sevindirmək məqsədilə onlara kiçik hədiyyələr təqdim edildi. Uşaqların üzündəki sevinc və təbəssüm tədbirə xüsusi rəng qatdı.

Şəhidlərimizi dərin ehtiram və sonsuz minnətdarlıqla anırıq!

Allah şəhidlərimizə rəhmət eləsin!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: