Xəbərlər
Hacıqabulda “Keçmişdən gələcəyə” adlı fizika və STEAM gecəsi keçirildi.

21 may 2026-cı il tarixində Hacıqabul şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbində “Keçmişdən gələcəyə” adlı fizika və STEAM gecəsi keçirilmişdir. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Hacıqabul Rayon Təhsil Sektorunun müdiri Bəxtiyar Ələkbərov, ETİHİ Hacıqabul Rayon Komitəsinin sədri Kifayət Əmirbəyova, rayonun idarə və təhsil müəssisələrinin rəhbərləri, valideynlər, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbir Azərbaycan Respublikasının himni ilə başladı.Sonra Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir çərçivəsində şagirdlərin hazırladıqları innovativ layihələr qonaqlara təqdim olunmuşdur. Müasir inteqrativ fənlərin və təbiət elmlərinin gənclərin dünyagörüşünün formalaşmasında, yaradıcı təfəkkürünün inkişafında mühüm rol oynadığı vurğulanmışdır. Şagirdlər tərəfindən nümayiş etdirilən layihələr onların elmə, texnologiyaya və yaradıcılığa olan marağını əyani şəkildə əks etdirmişdir.
Tədbirin sonunda STEAM layihələrində əldə olunan uğurlara görə bir qrup şagird və qrupun rəhbəri Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri fərmanla təltif olunmuşdur. Şagirdlərin ifasında maraqlı çıxışlar tədbirə xüsusi rəngarənglik qatdı.










