Xəbərlər
"Halva-Halva Deməklə"

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin,Şəki-Zaqatala Regional Təhsil İdarəsinin,Təhsil Oyunları Platformasının dəstəyi “Mide Azərbaycan”-nın tərəfdaşlığı,Azərbaycan Gənc Müəllimlər Asossasiyasının Şəki şəhəri üzrə koordinatoru Şəki rayon H.Əliyev adına Kiş kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin Peşə Təmayüllü Siniflər Layihəsinin qrup rəhbəri Kamran İsayevin təşkilatçılığı ilə “Halva-Halva Deməklə” adlı intellektual quiz yarışı keçirilib.
Şəki şəhər R.Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzində baş tutan yarışda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin İnzibati-təşkilat şöbəsinin müdiri Rauf Əsədov, Şəki rayonu üzrə Təhsil sektorunun müdiri Zamiq Cəbiyev və “MİDE Azərbaycan”ın rəhbəri Orxan İsayev iştirak ediblər.
Tədbirin rəsmi hissəsində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,şəhidlərimizin əziz xatirəsi sükutla yad olunub.
Daha sonra çıxış edən Ziyafət Xasiyeva, Rauf Əsədov və Zamiq Cəbiyev bu cür intellektual yarışların təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, onların dünyagörüşünün və intellektual səviyyəsinin artırılması, həmçinin kollektivlər arasında sağlam rəqabət və əməkdaşlıq mühitinin formalaşdırılması baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Çıxış edənlər iştirakçılara uğurlar arzulayıblar.
12 komandada birləşən 72 iştirakçının qatıldığı yarışmada intellektual bilik və məntiq tələb edən suallar ətrafında gərgin mübarizə aparılıb. Yarış iştirakçılar üçün həm bilik və bacarıqlarını sınamaq, həm də asudə vaxtlarını səmərəli keçirmək baxımından maraqlı və yaddaqalan olub.
Beləliklə toplanan yekun xallara görə 1-ci yerə “Maestro” komandası,2-ci yerə “Ares” komandası 3-cü yerə isə “Çələbixan” komandası layiq görülüb.
Yarışın sonunda ilk üç yeri tutan komandalara Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsi və “MİDE Azərbaycan” tərəfindən diplom və hədiyyələr təqdim olunub
















