Xəbərlər
“Harry Potter və Fəlsəfə Daşı” filminin nümayişi həyata keçirildi 🎬✨.
12/05/2026, 10:29

15 noyabr tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Kitab Klubunun təşkilatçılığı ilə “Harry Potter və Fəlsəfə Daşı” filminin nümayişi həyata keçirildi 🎬✨.
Tələbələr filmə böyük maraq göstərərək, səhnələr ətrafında fikir mübadiləsi apardılar, müzakirələr etdilər və birlikdə xoş bir atmosfer yaradıldı 📚💬.
Nümayişin sonunda isə interaktiv sual-cavab mərhələsi keçirildi. Suallara düzgün cavab verən tələbələr Kitab Klubu tərəfindən kitab hədiyyələri ilə sevindirildi 🎁📖.
Tədbir həm maarifləndirici, həm motivasiyaedici oldu və tələbələrin ədəbi-mədəni fəaliyyətlərə marağının artırılmasına töhfə verdi 🌟.









