Xəbərlər
Həftəsonu müəllimlərin istirahətinin təşkili

Ağcabədi rayonu Sarvan Quliyev adına Muğanlı kənd tam orta ümumtəhsil məktəbinin həmkarlar təşkilatının sədri Ağayeva Ruxsarə müəllimin təşkilatçılığı ilə həmkarlar ittifaqı üzvləri üçün Ağdam, Xocalı, Xankəndi və Şuşa şəhərlərinə birgünlük tur-gəzinti təşkil olunub.
Turun əsas məqsədi məktəbin müəllimləri, texniki işçiləri, qazi və şəhid ailəsi üzvlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq, abadlıq və bərpa işləri ilə yaxından tanış olmalarını təmin etmək, həmçinin onların asudə vaxtlarını səmərəli və mənalı şəkildə təşkil etmək olub.
Məktəb kollektivi həmkarlar ittifaqı üzvlərinə göstərilən diqqət və qayğıya, görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə dərin minnətdarlıqlarını ifadə ediblər.








