Xəbərlər
Həmkar Qadınlar Departamentinin təşəbbüsü ilə “Art Workshop” adlı heykəl boyama layihəsi təşkil olunmuşdur.
11/03/2026, 17:29

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən Həmkar Qadınlar Departamentinin təşəbbüsü ilə “Art Workshop” adlı heykəl boyama layihəsi təşkil olunmuşdur.
Tədbir çərçivəsində tələbə xanımlar bir araya gələrək heykəlləri müxtəlif rəng və üslublarda boyamış, öz baxışlarını və düşüncələrini sənət vasitəsilə ifadə etmək imkanı əldə etmişlər. Səmimi atmosferdə keçən workshop iştirakçılar arasında ünsiyyətin genişlənməsinə, sosiallaşmaya və yeni tanışlıqların yaranmasına şərait yaratmışdır.








