Xəbərlər
"Həmkara dəyər” layihəsi çərçivəsində 7 nəfərin 65 illik yubileyi qeyd olunub

"Həmkara dəyər” layihəsi çərçivəsində Neftçala şəhər Samid İmanov adına 1 saylı tam orta ümumtəhsil məktəbində uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərmiş əməkdaşların yubileyləri qeyd olunub. Tədbirdə məktəbin 6 əməkdaşının 65 illik, 1 əməkdaşının isə 60 illik yubileyi münasibətilə onların keçdiyi zəngin və nümunəvi əmək yolu bir daha xatırlanıb, təhsil sahəsinə verdikləri töhfələr xüsusi vurğulanıb.
Belə ki, məktəbin idman müəllimi Əzizov Azər Əliqəmə oğlu, rus dili müəllimi Babayeva Sevda Abdulrza qızı, biologiya müəllimi Abdullayeva Sevda İsmayıl qızı, ibtidai sinif müəllimi Muradova İradə Gülmirzə qızı, informatika müəllimi Məmmədli Vəfaqət Həbibullah qızı və texniki işçi Babayeva Nurəngiz Şamil qızının 65 illik yubileyləri, eləcə də digər texniki işçi Məmmədova Çiçək Əzizağa qızının 60 illik yubileyi qeyd edilib.
Tədbir zamanı çıxış edənlər yubilyarların pedaqoji və ictimai fəaliyyətindən, onların gənc nəslin yetişdirilməsində göstərdikləri əvəzsiz xidmətlərdən bəhs ediblər. Bildirilib ki, bu cür dəyərli müəllim və əməkdaşların fəaliyyəti hər zaman yüksək qiymətləndirilməli, onların təcrübəsi gənc nəslə nümunə kimi təqdim olunmalıdır.
Sonda yubilyarlara fəxri fərmanlar, gül dəstələri və müxtəlif mükafatlar təqdim edilib. Onlar göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, bu cür tədbirlərin onların əməyinə verilən yüksək qiymətin bariz nümunəsi olduğunu qeyd ediblər. Tədbir xoş ovqat və səmimi anlarla yadda qalıb.













