“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Həmkara dəyər” layihəsi çərçivəsində Neftçala rayonunda iki təhsil işçisinin yubiley tədbiri keçirilib

29/06/2026, 10:11
xeber1

“Həmkara dəyər” layihəsi çərçivəsində Neftçala rayonunda iki təhsil işçisinin yubiley tədbiri keçirilib.

Belə ki, Vüqar Soltanov adına Kürkənd kənd ümumi orta məktəbinin musiqi müəllimi Sara Nadir qızı Hüseynovanın 65 illik, Aşağı Qaramanlı kənd ümumi orta məktəbinin ingilis dili müəllimi Sevinc Əliqismət qızı Babayevanın isə 50 illik yubileyi münasibətilə təşkil olunan tədbirdə onların təhsil sahəsindəki göstərdikləri əvəzsiz əməyindən geniş bəhs olunub.

Tədbir zamanı yubilyarlara fəxri fərmanlar təqdim edilib, mükafatlar və gül dəstələri verilib. Həmkarları, dostları və məktəb kollektivlərinin nümayəndələri çıxış edərək yubilyarlar haqqında xoş sözlər səsləndirib, onların müəllimlik fəaliyyətində qazandıqları uğurlardan danışıblar. Səmimi və duyğulu çıxışlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Yubilyarlar göstərilən diqqət və ehtirama görə təşəkkürlərini bildirərək, müəllim əməyinə verilən bu dəyərin onlar üçün xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər. Tədbir xoş təəssüratlar və xatirə şəkilləri ilə başa çatıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: