Xəbərlər
"Həmkara dəyər" layihəsi çərçivəsində Neftçalada 65 yaş qeyd edilib
26/10/2026, 12:05

“Həmkara dəyər” layihəsi bu dəfə Əmirova Gülsabah Əfsər qızının 65 illik yubiley sevincinə şərik olub.
ETİHİ Neftçala Rayon Komitəsinin əməkdaşları Neftçala şəhər Əlif Piriyev adına 2 nömrəli tam orta məktəbdə texniki işçi vəzifəsində çalışan Gülsabah Əmirovanı 65 illik yubileyi münasibətilə təbrik ediblər.
Səmimi görüş zamanı yubilyara gül dəstəsi və hədiyyə təqdim olunub, ona möhkəm cansağlığı və həyatının bundan sonrakı illərində bol sevinc arzulayıblar. Gülsabah xanım həmkarlarının və yaxınlarının xoş arzuları, səmimi təbrikləri ilə əhatə olunub.







