“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Həmkarlar ittifaqı sədri Maysara Süleymanovanın 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

11/06/2026, 10:13
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər komitəsi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi rəhbərliyinin birgə təşkilatçılığı ilə təhsil sahəsində uzun illər səmərəli fəaliyyət göstərən, həmkarlar ittifaqı sədri Maysara Süleymanovanın 65 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə Maysara Süleymanovanın təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmkarlar ittifaqı hərəkatının inkişaf sahəsində göstərdiyi xidmətlər yüksək qiymətləndirilib.

Çıxış edənlər yubilyarı əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayıblar. Tədbirin sonunda Maysara Süleymanova təhsil sahəsindəki uzunmüddətli və nümunəvi fəaliyyətinə görə hədiyyə və təşəkkürnamə ilə təltif olunub.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: