Xəbərlər
Həmkarlar ittifaqı təqaüdü verildi
12/03/2026, 12:06

Gənclərin təhsildə qazandıqları uğurlar ölkəmizin gələcəyinə qoyulan ən dəyərli sərmayədir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən təqdim olunan “Həmkarlar ittifaqı təqaüdü”nə Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin də 3 tələbəsi layiq görülmüşdür. Bu münasibətlə tələbələrimizi ürəkdən təbrik edir, onlara gələcək təhsil həyatlarında yeni uğurlar, yüksək nailiyyətlər və möhkəm iradə arzulayırıq. İnanırıq ki, gənclərimiz qazandıqları bilik və bacarıqlarla ölkəmizin inkişafına öz töhfələrini verəcək, cəmiyyətimizin layiqli vətəndaşları kimi daim irəliyə addımlayacaqlar. Eyni zamanda, tələbələrə göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev cənablarına öz dərin təşəkkürümüzü bildiririk.





