“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Həmkarlar ittifaqı üzvləri ilə görüş keçirilib.

03/03/2026, 10:05
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux rayon Komitəsi tərəfindən Samux şəhər 6 saylı körpələr evi-uşaq bağçasında ittifaqı üzvləri ilə görüş keçirmişdir.

Görüş zamanı həmkarlar ittifaqının fəaliyyəti, həyata keçirilən tədbirlər və üzvlərin hüquq və maraqlarının müdafiəsi istiqamətində görülən işlər barədə geniş məlumat verilmişdir.

İttifaq üzvlərinin müraciət və təklifləri dinlənilmiş, qaldırılan məsələlər ətrafında müzakirələr aparılmış və verilən suallar ətraflı şəkildə cavablandırılmışdır. Görüş qarşılıqlı əməkdaşlıq və konstruktiv müzakirə şəraitində baş tutmuşdur.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: