“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Həmkarlar ittifaqı üzvləri ilə görüş keçirilib

18/05/2026, 09:58
xeber1

Ağcabədi şəhər Göyük kənd tam orta ümumtəhsil məktəbində həmkarlar təşkilatının üzvləri ilə görüş keçirilib.

Görüşün məqsədi həmkarlar ittifaqının fəaliyyəti, üzvlərin əmək və sosial hüquqlarının müdafiəsi, tədris ilinin yekunları, eləcə də həmkarlar təşkilatının fəaliyyəti müzakirə olub. Eyni zamanda, yüksək nəticələr göstərən məktəbin fənn müəllimləri ilə görüşlərin təşkili məsələlərinə də toxunulub.

İttifaq üzvlərinin istirahətinin səmərəli təşkili məqsədilə sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların (putyovkaların) elektron sistem üzərindən qeydiyyatı, bu prosesdə məktəbin həmkarlar təşkilatının sədrinin rolu və müəllimlərin fəallığının artırılması diqqətə çatdırılıb. Görüş zamanı e-AHİK.az platformasının funksiyaları, qeydiyyat qaydaları və yollayışların əldə olunması prosedurları barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, məktəbdə 65 yaş həddi ilə əmək müqaviləsinə xitam veriləcək, uzun illər ərzində öz bilik və bacarıqları, peşəkarlığı və vəzifə öhdəliklərini layiqincə yerinə yetirməsi ilə seçilən ibtidai sinif müəllimi Mamedova Nazilə müəllim haqqında xoş sözlər səsləndirilib, onun təhsil sahəsindəki xidmətləri yüksək qiymətləndirilib.

Görüş zamanı ittifaq üzvləri – riyaziyyat müəllimi Quliyeva Rüxsarə Əlağa qızı və direktor müavini Əliyeva Həcər Şahlar qızı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi tərəfindən fəxri fərmanla təltif edildi

Sonda ittifaq üzvlərini maraqlandıran suallar cavablandırılıb, təklif və müraciətlər dinlənilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: