Xəbərlər
Həmkarlar ittifaqı üzvləri ilə görüş keçirilib

Ağcabədi şəhər Camal İbrahimov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbində həmkarlar təşkilatının sədri Həsənova Gülər müəllimin təşkilatçılığı ilə həmkarlar ittifaqı üzvləri ilə görüş keçirilib.
Görüşdə 2025–2026-cı tədris ilinin yekunları müzakirə olunub. Məktəbin direktoru Qasımov Anar müəllim təhsil müəssisəsinin nailiyyətləri barədə məlumat verərək bildirib ki, X sinif şagirdi Mehdiyev Cavid Cahid oğlu Kenquru Riyaziyyat Müsabiqəsində I yerə layiq görülərək qızıl medal qazanıb.
Tədbirdə tədrisin keyfiyyətinin artırılması, müəllimlərin əldə etdiyi uğurlar, həmkarlar ittifaqının fəaliyyəti və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, ittifaq üzvlərinə sanatoriya-kurort müalicəsi və istirahət yollayışlarının e-AHİK sistemi vasitəsilə əldə olunması qaydaları izah edilib.
Sonda uzunmüddətli səmərəli fəaliyyətlərinə görə məktəbin direktoru Qasımov Anar müəllim, riyaziyyat müəllimi Nəsirova Rüxsarə müəllim və ibtidai sinif müəllimi Nəbiyeva Gülnar müəllim Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin Fəxri Fərmanı ilə, Kenquru Riyaziyyat Müsabiqəsinin qalibi Mehdiyev Cavid Cahid oğlu isə Təşəkkürnamə ilə təltif
olunub.










