“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Həmkarlar ittifaqı üzvləri üçün birgünlük gəzinti-istirahət turu təşkil olunub..

26/06/2026, 15:11
xeber1

Samux rayon ​Zazalı kənd tam orta məktəbinin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə məktəbin ittifaq üzvləri üçün Azərbaycanın dilbər guşələrinə birgünlük gəzinti-istirahət turu təşkil edilmişdir.

​Gərgin və səmərəli keçən tədris ilinin ardından müəllim və texniki heyətin asudə vaxtının səmərəli təşkili, kollektiv daxilində komanda ruhunun gücləndirilməsi və işgüzar motivasiyanın artırılması məqsədilə baş tutan bu səyahət olduqca maraqlı anlarla yadda qalıb. Tur iştirakçıları ölkəmizin füsunkar təbiəti, tarixi və mədəni abidələri ilə yaxından tanış olub, təbiət qoynunda xoş istirahət ediblər.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: