Xəbərlər
Həmkarlar ittifaqı üzvləri üçün "İçərişəhər" Dövlət-Tarix Memarlıq Qoruğuna tur-ekskursiyalar təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux Rayon Komitəsinin üzvləri 05 aprel 2026 -ci il tarixində "İçərişəhər" Dövlət-Tarix Memarlıq Qoruğunda olublar.
Proqram İçərişəhərin adi turistlər üçün tamamilə bağlı olan qapalı məkanlarına, xüsusi protokol səviyyəsində açılan irs obyektlərinə və yüksək panoramik nöqtələrə giriş təqdim edən premium irs marşrutunu əhatə edib. Tur Qoşa Qala divarlarından və qapalı müşahidə meydanından başlayaraq Şirvanşahlar sarayının yeraltı qatına, Beylər məscidinin minarəsinə və Mühəmməd məscidinin qapalı məkandan ibarət bölməsinə xüsusi girişlə davam edib.
İştirakçılar maraqlı ,xoş təəssürat bağışlayan və maarifləndirici təşəbbüşə görə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə təşəkkürlərini bildiriblər.



















